resepti.local » Resept » İspanaqlı krem şorbası resepti
İspanaqlı krem şorbası resepti

İspanaqlı krem şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

İspanaqlı krem şorbası resepti

Tərkibi:
500 qr. təzə ispanaq
1 baş soğan
2 diş sarımsaq
3 x.q. günəbaxan yağı
0,5 lt. ət suyu (məndə quzu sumuyundə bişən bulyon idi)
1 stakan süd
1/2 x.q. muskat qozu (toz şəklində ədviyyat, hind qozuda deyilir)
duz
istiot

Hazırlanması:
Üstünə kedr qozunu səpdim, zövgə görə rəndələnmiş pendirdə ola bilər
Baş soğanı və sarımsağı xırda kəsib günəbaxan yağında qızardırıq.
İspanağı yaxşı yuyuruq. Qızarmış soğana əlavə edib 3-5 dəq. qovururuq.
Ət bulyonunu isti şəkildə əlavə edirik ispanaqlı soğanın üstünə.
Qaynayan kimi altını keçirdib, blendordan keçiririk. Südü əlavə edirik. Ədviyyatları səpib, servis edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür