resepti.local » Resept » Sobada tərəvəzli hind quşu toyuğu resepti
Sobada tərəvəzli hind quşu toyuğu resepti

Sobada tərəvəzli hind quşu toyuğu resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Sobada tərəvəzli hind quşu toyuğu resepti

Tərkibi:
Ətin sousu:
1/2 ç.q. karri (ədviyyat marketlətdə satılır)
1/2 ç.q. quru toz sarımsaq (adi sarımsağı əzib qata bilərsiz)
1/2 ç.q. paprika
duz
istiot
4 x.q. günəbaxan yağı
Hamısını qarışdırıb budların üzərinə çəkirik.
Əgər toyuq edəcəksizdə hamısını birdən bişirin.
Hind quşudursa 40-50 dəq. ancaq onu 200 dərəcədə sobada bişirin. Üstünü soba kağızı ilə örtün.

Qarnir:
1 ədəd brokkoli
3 kök
1 baş sarımsaq
pomidor
1 ədəd kabaçok
1 ç.q. italyan otları (marketdə satılır)
duz
istiot
2 x.q. günəbaxan yağı

Hazırlanması:
Bütün tərəvəzdəri istədiyiniz formada kəsirik. Üstünə italyan otları, duz, istiot, günəbaxan yağı əlavə edirik. Sarımsağın üst qabığını çıxarxıb ortadan kəsirik.
Hamısını yaxşı qarışdırırıq.
Hind quşunun yanına düzüb 20-30 dəqiqə 180 dərəcədə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür