resepti.local » Resept » Hind çayı masala resepti
Hind çayı masala resepti

Hind çayı masala resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Hind çayı masala resepti

Tərkibi:
1 st. süd
1 vanil çubuğu
2 ədəd quru qərənfil
1 paket qara çay
1 çimdik muskat qozu
zəncəfil təzə və ya üyüdülmüş
Əlavə hil əlavə edə bilərsiz.

Hazırlanması:
Dərin qazanın içinə südü, çay paketini və bütün ədviyyatları əlavə edirik.
Lap az xodda qaynayana kimi bişiririk. Qaynayandan sonra 15 dəqiqə beləcə qaynadırıq ki, ədviyyatların dadı və qoxusu südə keçsin. Sonra stəkana narın süzqəcdən süzürük. Yanında bal, şəkər, aqava siropu süfrəyə verilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür