resepti.local » Resept » Qaymaqlı toyuq şorbası resepti
Qaymaqlı toyuq şorbası resepti

Qaymaqlı toyuq şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Qaymaqlı toyuq şorbası resepti

Tərkibi:
1 toyuq budu
1 dəfnə yarpağı
200 ml. qaymaq
2 x.q. kərə yağı
2 x.q. un
duz
istiot

Hazırlanması:
1. Toyuğun budunu az xodda suda bişiririk. Dəfnə yarpağı və duz əvvəldən əlavə edirik. Bişmiş toyuğu çıxardırıq bulyondan və tikələrə didirik. Bulyonu narın süzqəcdən keçirdirik.
2.Kərə yağını dərin qazanda əridirik. Üstünə un əlavə edib biraz qızardırıq. Üstünə 4 st. toyuq bulyonunu əlavə edirik. Yaxşı qarışdırın ki, un topları əmələ gəlməsin.
3. Didilmiş toyuq ətini əlavə edirik şorbaya. Üstünə qaymağı tökürük. Qaynayana gədər bişiririk. Qaynayanda altını keçirdirik.
Duz və istiot əlavə edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür