resepti.local » Resept » Zirincli toyuq resepti
Zirincli toyuq resepti

Zirincli toyuq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Zirincli toyuq resepti

Tərkibi:
1 kilo toyuq
5 baş soğan
50 qr. zirinc
100 qr. kərə yağı
sarıkök
duz
istiot

Hazırlanması:
Toyuğu tikələrə bölürük. Qazana düzüb üstünə su əlavə edirik. Biraz duz səpirik. Az xodda 1 saat bişiririk. Suyu çəkilməlidir, az bulyon qalmalıdır.
Soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Kərə yağını tavada əridib, soğanı əlavə edirik. Soğan qızaranda sarıkök, duz ,istiot əlavə edirik. Bişmiş toyuğu üsdünə qoyuruq. Qalmış bulyondan biraz üstünə əlavə edirik. Zirinci toyuğun üstünə səpirik. 10 dəqiqə az xodda bir yerdə bişiririk.
Mən bu yeməyi aşın yanına edirəm, ona görə yağını bol olur. Siz daha az qata bilərsiz. İstəyə bağlıdır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür