resepti.local » Resept » Ördək yeməyi resepti
Ördək yeməyi resepti

Ördək yeməyi resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 8-10

Ördək yeməyi resepti

Tərkibi:
2,5 kq ördək
6 baş soğan
1 kök
1 dəfnə yarpağı
4-5 yumru istiot
duz
sarıkök

Hazırlanması:
Ördəyi tikələrə kəsirik. Qazana düzüb üstü örtülənə gədər su əlavə edirik. Bir bütöv soğanı, bütöv köku, dəfnə yarpağını, yumru istiotu əlavə edirik. Az xodda 2-3 saat bişiririk. Suyu tam çəkiləndə və yalnız yağ qalanda altını keçirdirik. Baş soğanı və kökü atırıq.
Baş soğanı yarıdan bölüb uzun-uzun kəsirik. Ördəyin yağından 2-3 x.q. götürüb soğanı qızardıq. Soğan "öləndə" içinə duz, istiot, sarıkök əlavə edirik. Ördəyi və qalan yağı soğanın içinə əlavə edirik. 20 dəq bir yerdə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür