resepti.local » Resept » Parmezan pendirli əriştə resepti
Parmezan pendirli əriştə resepti

Parmezan pendirli əriştə resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Parmezan pendirli əriştə resepti

Tərkibi:
Sous üçün:
1 ədəd yumurta sarısı
20 qr “Parmezan” pendiri
20 qr Sibas balığı
20 qr kərə yağı
1 ədəd sukini
20 qr kalmar
20 qr krevet
Duz, istiot

Dekor üçün:
30 qr qırmızı qarağat
1 yarpaq cəfəri

Hazırlanması:
Sousun hazırlanması:
Dəniz məhsulları kubvarı doğranıb yağda qızardılır. Qarışığın üzərinə yarımhalqa şəklində doğranmış sukini qatılır, duz, istiot səpilib qovrulur.
Pastanın hazırlanması:
Su qaynadılr, içinə duz əlavə edilir. Pasta suda bişirilib suyu süzülür. Qazana tökülüb odun üstünə qoyulur. Üzərinə sous, yumurta sarısı, pendir əlavə edilib qarışdırılır. Hazır pastanın üzərinə cəfəri qoyulur, qarağatla bəzədilib servis edilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür