resepti.local » Resept » Almalı-darçınlı keks resepti
Almalı-darçınlı keks resepti

Almalı-darçınlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Almalı-darçınlı keks resepti

Tərkibi:
3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. qatıq,
0.5 armudu st. duru yağ,
0.5 ç.q. darçın,
un (apardığı qədər), 1 paket qabartma tozu,
1 paket vanil

Üzəri üçün:
2-3 ədəd alma,
0.5 ç.q. darçın,
0.5 ç.q. un,
şəkər pudrası

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra xəmir üçün qeyd olunmuş qalan quru ərzaqları da ardıcıl olaraq əlavə edib, qaşıqla qarışdırırıq. Yağlı kağız sərilmiş soba qabına tökürük. Bir qabda xırda kəsilmiş alma, darçın və unu qarışdırıb, xəmirin üzərinə tökürük. 180 dərəcə istilikli sobada bişiririk. Son olaraq üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür