resepti.local » Resept » Kakaolu, qozlu keks resepti
Kakaolu, qozlu keks resepti

Kakaolu, qozlu keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kakaolu, qozlu keks resepti

Tərkibi:
3 ədəd yumurta,
1 armudu st. şəkər,
1 armudu st. süd,
1 armudu st. duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
3 x.q. kakao,
2.5 armudu st. un
iri doğranmış qoz ləpəsi

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd, yağ və vanil əlavə edilib qarışdırırıq. Son olaraq qabartma tozu, kakao və un əlavə edib, qatı məhlul halını alana kimi çalırıq. Zövqə görə xəmirə də qoz ləpəsi əlavə edə bilərsiniz. Keksi bişirəcəyimiz qabı yağlayırıq və üzərindən un səpirik. Hazırladığımız xəmiri keks qabına əlavə edib, üzərinə iri doğranmış qoz ləpəsi tökürük. 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür