resepti.local » Resept » Qozlu, şokoladlı keks resepti
Qozlu, şokoladlı keks resepti

Qozlu, şokoladlı keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qozlu, şokoladlı keks resepti

Tərkibi:
3 ədəd yumurta,
0.5 st. süd,
2 x.q. kəsmik,
0.5 st. duru yağ,
1.5 st. un,
1.5 st. şəkər tozu,
1 paket qabartma tozu,
1 paket vanil,
1 st. doğranmış qoz ləpəsi,
ərinmiş şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə duru yağ, süd və kəsmik əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Son olaraq un, qabartma tozu və vanil töküb, qaşıq və slikon qaşığın köməyilə ehtiyatla qarışdırırıq. İstəyə bağlı olaraq xəmirə xırda doğranmış qoz əlavə etmək olar. Hazırladığımız xəmiri soba qabına tökürük. Əvvəlcədən isidilmiş 180 dərəcə istilikli sobada bişiririk. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür