resepti.local » Resept » Kakaolu, karamelli keks resepti
Kakaolu, karamelli keks resepti

Kakaolu, karamelli keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kakaolu, karamelli keks resepti

Tərkibi:
2 ədəd yumurta,
1 armudu st. şəkər tozu,
100 qr bitki yağı,
1 armudu st. süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 st. un,
2 x.q. kakao

Üzəri üçün:
karamel,
rəngli kakos

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yağ və süd əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Ardınca un, vanil, kakao və qabartma tozunu əlavə edib, ehtiyatla qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, əvvəlcədən isidilmiş sobada bişiririk. Üzərini karamel və rəngli kakosla zövqə görə bəzəyirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür