resepti.local » Resept » Çiyələkli, şokoladlı tort resepti
Çiyələkli, şokoladlı tort resepti

Çiyələkli, şokoladlı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çiyələkli, şokoladlı tort resepti

Tərkibi:
Biskvit üçün:
4 ədəd yumurta,
1 st. şəkər tozu,
1.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Krem üçün:
2 banka qatılaşdırılmış süd,
500 qr kərə yağı

Arası üçün:
damla şokolad,
doğranmış çiyələk

Üzəri üçün:
şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə vanil, qabartma tozu və un əlavə edib, mikserin az sürəti ilə qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada bişiririk.
Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün qatılaşdırılmış süd və kərə yağını bərkiyənə kimi mikserlə çalırıq.

Biskvitimiz soyuduqdan sonra bıçaq və ya sapın köməyilə iki hissəyə ayırıb, birinin üzərinə krem çəkirik. Üzərinə damla şokolad və doğranmış çiyələklər yerləşdirib, ikinci hissəni qoyuruq. Tortumuzun üstünə ərinmiş şokolad töküb, zövqə görə bəzəyirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür