resepti.local » Resept » Damla şokoladlı tort resepti
Damla şokoladlı tort resepti

Damla şokoladlı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Damla şokoladlı tort resepti

Tərkibi:
Biskvit üçün:
6 ədəd yumurta,
1 st. şəkər tozu,
1 paket vanil,
1 x.q. nişasta,
1 st. un,
1 paket qabartma tozu

Krem üçün:
300 qr kərə yağı,
1 banka qatılaşdırılmış süd,
1 paket vanil

Üzəri üçün:
jele, damla şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu qatılaşana kimi mikserlə çalırıq. Üzərinə vanil əlavə edib, mikserin az sürətilə qarışdırmağa davam edirik. Tam ağarıb, qatılaşandan sonra ələnmiş un, nişasta və qabartma tozu qarışımını az-az əlavə edib, taxta qaşıqla bir istiqamətdə qarışdırırıq. Hazırladığımız xəmiri yağlanmış soba qabına töküb, əvvəlcədən qızdırılmış sobada bişiririk.

Krem üçün qeyd olunmuş ərzaqları bir qaba töküb, qatılaşana kimi çalırıq.

Biskvit soyuduqdan sonra bıçaq və ya ipin köməyilə iki hissəyə bölürük. Arasını kremləyib, üst-üstə yerləşdiririk. Üzərini jelə və damla şokoladla zövqə görə bəzəyirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür