resepti.local » Resept » Kişmişli-qozlu keks resepti
Kişmişli-qozlu keks resepti

Kişmişli-qozlu keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kişmişli-qozlu keks resepti

Tərkibi:
3 ədəd yumurta,
2 st şəkər tozu,
9 x.q bitki yağı,
500 qr qatıq,
1 paket qabartma tozu,
1 paket vanil,
4 st un,
qoz, kişmiş

Hazırlanması:
Yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə qatıq, yağ və vanil əlavə edilib qarışdırırıq. Son olaraq qabartma və un əlavə edib, qatı məhlul halını alana kimi çalırıq. Xəmiri 2 yerə ayırıb, yarısına kakao əlavə edirik. Soba qabına ilk öncə ağ xemiri, üzərindən isə kakaolu xəmiri tökürük (istəyə bağlı qoz, kişmiş də tökülə bilər) və içərisində yüngülcə qaşığı fırladırıq. Əvvəlcədən isidilmiş sobada 160 dərəcə bişiririk. Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür