resepti.local » Resept » Dadlı, ləzzətli cemli, kakoslu qurabiyə resepti
Dadlı, ləzzətli cemli, kakoslu qurabiyə resepti

Dadlı, ləzzətli cemli, kakoslu qurabiyə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Dadlı, ləzzətli cemli, kakoslu qurabiyə resepti

Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta,
1 st. şəkər tozu,
yarım st. biraz çox ərinmiş kərə yağı,
1 ç.q. nişasta,
3 x.q. qatıq,
0.5 ç.q. soda,
4 st un,
kakao

Üzəri üçün:
cem, kakos

Hazırlanması:
Əvvəlcə un və yağı “vençiklə” qarışdırırıq. Üzərinə yumurta, şəkər tozu, qatıq, nişasta və soda əlavə edib, ələ yapışmayan xəmir yoğururuq. Diqqət etmək lazımdır ki, xəmir nə bərk, nə də yumuşaq olmasın.

Xəmiri iki hissəyə ayırıb, birinə kakao tökürük. Yayıb, gül fiquru ilə kəsirik. 180 dərəcə istilikli sobada 15 dəqiqə bişiririk. Bişdikdən sonra üzərinə cem çəkib, kakosa batırırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür