resepti.local » Resept » Cemli qurabuyə resepti
Cemli qurabuyə resepti

Cemli qurabuyə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Cemli qurabuyə resepti

Tərkibi:
Xəmir üçün:
250 qr yağ,
1 st. şəkər tozu,
1 ədəd yumurta,
1 paket vanil,
0.5 paket qabartma tozu,
3.5 st. un

Üzəri üçün:
cem,
rəngli şəkər

Hazırlanması:
Əvvəlcə yağ və şəkər tozunu qarışdırırıq. Üzərinə yumurta əlavə edib, qarışdırmağa davam edirik. Xəmirin rəngi ağarandan sonra qabartma tozu, vanil və un qatıb, ələ yapışmayan xəmir yoğururuq. Xəmirdən iki eyni ölçüdə ulduz kəsib, birinin içindən kiçik formada yenidən kəsirik. Üst-üstə yerləşdirib, cem qoyuruq. Üzərinə rəngli şəkərlər tökürük. Zövqə görə qoz da tökmək olar. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabına düzüb 170º istilikli sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür