resepti.local » Resept » Dadı da görünüşü kimi gözəl olan şaftalı şirniyyatı resepti
Dadı da görünüşü kimi gözəl olan şaftalı şirniyyatı resepti

Dadı da görünüşü kimi gözəl olan şaftalı şirniyyatı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Dadı da görünüşü kimi gözəl olan şaftalı şirniyyatı resepti

Tərkibi:
200 qr yağ,
4 x.q. qatıq,
2 ədəd yumurta,
1 st şəkər tozu,
un(apardığı qədər),
1 paket qabartma tozu,
1 paket vanil

İç üçün:
qatılaşdırılmış süd

Üzəri üçün:
qıda boyası,
şəkər tozu

Hazırlanması:
İlk öncə yumurta və şəkər tozunu qarışdırırıq. Üzərinə un, vanil və qabartma tozu əlavə edib, çuxur yaradırıq. Son olaraq qatıq və yağ töküb, xəmir yoğururuq. Xəmiri özünə gəlməsi üçün 10-15 dəqiqə dinləndirdikdən sonra, eyni bərabərdə kündələr tuturuq. Soba qabına düzüb,180 dərəcə istilikdə bişiririk.

Bişdikdən sonra içini oyaraq, qatılaşdırılmış süd yerləşdirib, ikisini bir-birinə birləşdiririk. Son olaraq qida boyası ilə rəngləndirilmiş suya salıb, şəkər tozuna bulayırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür