resepti.local » Resept » Soba peraşkisi resepti
Soba peraşkisi resepti

Soba peraşkisi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Soba peraşkisi resepti

Tərkibi:
Xəmir üçün:
2 st süd,
2 ədəd yumurta,
1 st duru yağ,
maya,
2 x.q. şəkər tozu,
1 ç.q. duz,
apardığı qədər un

İçlik üçün:
2-3 ədəd kartof,
şüyüd,
2 x.q. duru yağ,
1 ədəd baş soğan (kiçik ölçüdə)

Üzəri üçün:
qara çörəkotu

Hazırlanması:
İlk öncə ilıq süd, maya və şəkəri kiçik bir qabda qarışdırıb, şişənə kimi gözləyirik. Başqa bir qabda unu əliyirik. Daha sonra üzərinə duz, şəkər tozu, yumurtaların ağını (sarısı üzəri üçün istifadə ediləcək) və duru yağı əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri acıması üçün 1-1.5 saat isti yerdə gözlədirik.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün ilk öncə kartofu suda qaynadıb, əzirik. Xırda doğranmış soğanı yağda qovurub, kartofun üzərinə əlavə edirik. Son olaraq xırda doğranmış, şüyüd töküb, qarışdırırıq.

Xəmirdən orta ölçülü kündələr tutaraq yayırıq. Yaydığımız kündələrin ortasına hazırladığımız içlikdən 1 x.q. yerləşdiririk. İki kənarı üst-üstə düşəcək şəkildə bağlayıb, tərs üzünə çeviririk. Bütün kündələri bu qayda ilə hazırladıqdan sonra üzərinə yumurtanın sarısını çəkib, çörəkotu səpirik və soba qabına yığırıq.180 dərəcə istilikdə üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür