resepti.local » Resept » Qiyməli holland pendirli poğaça resepti
Qiyməli holland pendirli poğaça resepti

Qiyməli holland pendirli poğaça resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qiyməli holland pendirli poğaça resepti

Tərkibi:
500 qr un,
1 st ilıq süd,
1 ədəd yumurta,
yarım ç.q. maya,
duz,
şəkər tozu,
5 x.q. duru yağ

İçlik üçün:
200 qr qiymə,
1 ədəd baş soğan,
1 diş sarımsaq,
1 ədəd pomidor,
1 ç.q. tomat,
duz,istiot,
holland pendiri

Hazırlanması:
Əvvəlcə ilıq süd və mayanı bir qabda qarışdırırıq. Başqa bir qabda unu əliyirik. Üzərinə duz, şəkər tozu, yumurta, və yağ əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri özünə gəlməsi üçün 1-1.5saat isti yerdə gözlədirik.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün xırda doğranmış soğanı və sarımsağı yağda qovururuq, daha sonra qiyməni əlavə edib, qazanın qapağını bağlayırıq. Ət qovrulduqdan sonra qabığı soyulmuş və sürtgəzdən keçirilmiş pomidorları, tomatı qazana əlavə edirik. Duz, istiot töküb 1-2 dəqiqə qovurduqdan sonra altını söndürürük.

Xəmir gəldikdən sonra bərabər ölçüdə kiçik kündələr ayırırıq. Əlimizlə dairəvi forma verib, ortasına hazırladığımız içlikdən və sürtgəcdən keçirilmiş holland pendiri qoyuruq. Ağzını bağladıqdan sonra soba qabına yığıb, 10 dəqiqə gözlədirik. Dağ olmuş yağda qızardırıq.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür