resepti.local » Resept » Qiyməli pide resepti
Qiyməli pide resepti

Qiyməli pide resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Qiyməli pide resepti

Tərkibi:
3 st un,
yarım st süd,
yarım st su,
1 ç.q. duz,
1 ç q. şəkər tozu,
1 ç.q. quru maya,
1 ədəd yumurtanın ağı (sarısı üzəri üçün)

İçlik üçün:
300 qr qiymə,
3 ədəd quru soğan (orta ölçüdə),
2 ədəd pomidor,
Duz,istiot

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, xəmir yoğururuq və gəlməsi üçün üzərini örtüb 1 və ya 1.5 saat gözləyirik. Bu vaxt ərzində içliyi hazırlaya bilərsiniz.

İç üçün xırda doğranmış soğanı yağda qovururuq,daha sonra qiyməni əlavə edib, qazanın qapağını bağlayırıq. Ət qovrulduqdan sonra qabığı soyulmuş və sürtgəzdən keçirilmiş pomidorları qazana əlavə edirik. Duz,istiot töküb 1-2 dəqiqə qovurduqdan sonra altını söndürürük.

Xəmir gəldikdən sonra 5 bərabər ölçüdə kündələr ayırırıq. Qayığa bənzər forma verib, ortasına hazırladığımız içlikdən qoyuruq. Kənarlarına yumurta sarısı çəkdikdən sonra soba qabına yerləşdiririk. 180 dərəcə qızdırılmış sobada kənarları qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür