resepti.local » Resept » Çudu (sobada ətli peraşki) resepti
Çudu (sobada ətli peraşki) resepti

Çudu (sobada ətli peraşki) resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çudu (sobada ətli peraşki) resepti

Tərkibi:
Xəmir üçün:
1 kq un,
200 qr xama,
100 qr kərə yağı,
3 ədəd yumurta,
1.5 st. süd,
1 x.q. maya,
1 x.q. duz,
1 x.q. şəkər tozu

İçlik üçün:
500 qr qiymə,
soğan,
yağ,
duz, istiot

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Acıması üçün xəmiri isti yerdə 1 saat saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün xırda doğranmış soğanı yağda qovururuq. Rəngi dəyişəndə üzərinə qiymə əlavə edib, duz, istiot səpirik və bişiririk.

Xəmir hazır olduqdan sonra 7-7 olmaqla 14 ədəd bərabər ölçülü kündələr tuturuq. 7 ədəd kündəni sıra ilə yayıb, aralarını yağlayaraq üst-üstə yerləşdiririk. 10 sm enində lentlər kəsirik. Hər lenti iki hissəyə bölüb, rulet kimi bükürük. Mərkəzinə içlik yerləşdirib, bağlayırıq. Növbəti 7 kündəni də bu qayda ilə hazırlayırıq. Soba qabına yığıb üzərinə yumurta sarısı çəkərək, çörək otu səpirik. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür