resepti.local » Resept » Ətli içliklə şərq peraşkisi resepti
Ətli içliklə şərq peraşkisi resepti

Ətli içliklə şərq peraşkisi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ətli içliklə şərq peraşkisi resepti

Tərkibi:
Xəmir üçün:
1.5 st. süd,
1 x.q. şəkər tozu,
1 x.q. maya,
1 st. qatıq,
150 qr yağ,
1 x.q. duz,
3 ədəd yumurta,
un (aparan qədər)

İçlik üçün:
çəkilmiş ət,
soğan,
az miqdarda yağ,
duz,istiot

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Acıması üçün xəmiri isti yerdə 1-1.5 saat saxlayırıq.
Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün xırda doğranmış soğanı yağda qovururuq. Rəngi dəyişəndə üzərinə çəkilmiş ət əlavə edib, duz,istiot səpirik və bişiririk.
Xəmir hazır olduqdan sonra 7-8 ədəd bərabər ölçülü kündələr tuturuq. Sıra ilə yayıb, üzərini yağlayaraq üst-üstə yerləşdiririk. Lentlər kəsib, əlimizlə badambura kimi bükürük. Ortasına içlik qoyub, bağlayırıq. Soba qabına yığıb üzərinə yumurta sarısı çəkərək, çörək otu səpirik. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür