resepti.local » Resept » Badambura resepti
Badambura resepti

Badambura resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badambura resepti

Tərkibi:
Xəmir üçün:
2 st süd,
3 x.q. şəkər,
2 ç.q. maya,
3 ədəd yumurta,
150 qr yağ,
0.5 st duru yağ,
2 x.q. xama,
1 çimdik duz,
un (apardığı qədər)

Arası üçün:
əridilmiş yağ

İç üçün:
400 qr badam,
350 qr şəkər tozu,
hil, vanil

Hazırlanması:
Əvvəlcə südü ilıq olana kimi qızdırıb, şəkər və mayanı həll edirik və 5 dəqiqə saxlayırıq. Daha sonra yağ, yumurta, südlü maya və xəmirə gedəcək qalan ərzaqları əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün badam ləpəsini çəkərək üzərinə şəkər tozu və hil əlavə edib, qarışdırırıq.

Acımış xəmirdən yumurtadan 2 dəfə böyük ölçüdə 16 ədəd kündə tuturuq və 10 dəqiqə gözlədirik. *Qeyd. Kündələri 8-8 olmaqla iki dəfəyə bişiririk.

Daha sonra kündələri sıra ilə yayıb, aralarına yağ çəkərək üst-üstə yığırıq. 2 barmaq enində lentlər kəsirik. Hər lenti rulet kimi büküb, 5 dəqiqə gözlədirik. Sonra əlimizlə kündəni dairəvi formada açırıq. İçliyi yerləşdirib ağzını bükürük. Soba qabına düzüb, 160-180 dərəcə istilikli sobada üzərini çox qızartmamaq şərti ilə bişiririk. Son olaraq üzərinə şəkər pudrası səpilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür