resepti.local » Resept » Mayalı xəmirdən hazırlanan dadlı kətə resepti
Mayalı xəmirdən hazırlanan dadlı kətə resepti

Mayalı xəmirdən hazırlanan dadlı kətə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Mayalı xəmirdən hazırlanan dadlı kətə resepti

Tərkibi:
Xəmir üçün:
5 st. un,
1 ədəd yumurta,
3 x.q. duru yağ,
1 ç.q. maya,
su (aparan qədər)

İçlik üçün:
200 qr yağ,
4 st. un,
1 st. şəkər tozu,
1 paket vanil,
sarıkök

Üzəri üçün:
yumurta sarısı,
küncüt

Hazırlanması:
Əvvəlcə xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayırıq. Bu müddət ərzində xəmiri götürərək, 2 dəfə yenidən yoğururuq. Hazır olduqdan sonra xəmirdən 4 bərabər ölçülü kündə tuturuq. Hər birini yayıb, üzərinə içlik səpirik. Rulet kimi büküb, ağzı “ziq-zaq” bıçaqla kəsirik. Soba qabına düzüb, üzərinə yumurta sarısı çəkərək, küncüt səpirik. 180 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür