resepti.local » Resept » Qiyməli gül börəyi resepti
Qiyməli gül börəyi resepti

Qiyməli gül börəyi resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Qiyməli gül börəyi resepti

Tərkibi:
500 qr qiymə,
1 ədəd soğan,
duz, istiot
qırmızı istiot, kimyon,
yuxa

Sous üçün:
2 ədəd yumurta,
2 su st. süd,
1 su st. duru yağ

Üzəri üçün;
çörəkotu

Hazırlanması:
Əvvəlcə qiyməli içlik hazırlanır. Bunun üçün xırda doğranmış soğanı yağda qovururuq. Üzərinə qiymə və ədviyyatları töküb, qarışdıraraq bişməyə qoyuruq.

Yuxanı açıb üzərini sousla isladırıq və zolaq formasında hazırladığımız içlikdən tökürük. Yuxanı büküb, gül şəklində dolayırıq. Bütün yuxaları bu qayda ilə hazırladıqdan sonra soba qabına yığırıq. Üzərinə qalan sousdan çəkib, çörəkotu səpirik. Əvvəlcədən qızdırılmış 185 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür