resepti.local » Resept » Pendirli, qiyməli poğaça resepti
Pendirli, qiyməli poğaça resepti

Pendirli, qiyməli poğaça resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Pendirli, qiyməli poğaça resepti

Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurtanın ağı,
0.5 st. duru yağ,
2.5 st. süd,
1 ç.q. maya,
1 x.q. şəkər tozu,
1.5 ç.q. duz,
6-7 st. un

İçlik üçün:
bibər,
pomidor,
qiymə (və ya sosiska, toyuq filesi),
pendir,
cəfəri

Üzəri üçün:
yumurta sarısı

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş ərzaqlarla yumşaq xəmir yoğururuq. Xəmiri acıması üçün 2 saat isti yerdə saxlayırıq. Hazır olduqdan sonra kündələrə ayırıb, yağlanmış soba qabına düzürük. 15 dəqiqə daha gözlətdikdən sonra hər bir kündəyə əlimizlə forma veririk. Mərkəzinə zövqə görə doğranmış sosiska (qiymə və ya toyuq filesi), pendir, bibər və pomidor, cəfəri yerləşdirib, kənarlarına yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 200 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür