resepti.local » Resept » Vatruşka resepti
Vatruşka resepti

Vatruşka resepti

Mətbəx: Yoxdu
Kateqoriya: xəmir işləri
Porsiya: Yox

Vatruşka resepti

Tərkibi:
Xəmir üçün:
0.5 st. ilıq su,
0.5 st. ilıq süd,
0.5 st. duru yağ,
1 ç.q. quru maya,
bir çimdik duz,
2 x.q. şəkər tozu,
4-5 st. un

İçlik üçün:
200 qr kəsmik,
1 ədəd yumurta,
2 x.q. şəkər tozu,
1 ç.q. un

Üzəri üçün:
yumurta sarısı,
küncüt

Hazırlanması:
Əvvəlcə az miqdarda ilıq suya maya əlavə edib, köpüklənənə kimi gözlədirik. Unu ələyib, ortasını çuxur formasına gətiririk. Üzərinə şəkər tozu, süd, su yağ və mayanı əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmiri gəlməsi üçün 1-2 saat isti yerdə saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İç üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, qarışdırırıq.

Xəmir acıdıqdan sonra 9-10 ədəd kündə tuturuq. Əlimizlə forma verdikdən sonra soba qabına düzürük. Hər birinin üzərində stəkanın altı ilə oyuq açıb, içlik yerləşdiririk. 20 dəqiqə gözlətdikdən sonra kənarlarına yumurtanın sarısını çəkib, küncüt səpirik və 180 dərəcə istilikli soba bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür