resepti.local » Resept » Ürək formalı ləziz bulkalar resepti
Ürək formalı ləziz bulkalar resepti

Ürək formalı ləziz bulkalar resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ürək formalı ləziz bulkalar resepti

Tərkibi:
Xəmir üçün:
1 st. ilıq süd (və ya qatıq),
1 st. ilıq su,
1 st. duru yağ,
2 yumurta ağı (sarısı üzəri üçün),
2 x.q. şəkər tozu,
yarım ç.q. duz,
maya,
6-7 st. un

İçlik:
şəkər tozu və qoz qarışımı,
şokolad yağı,
cem

Hazırlanması:
İlıq süd, su, duru yağ, yumurta ağı, şəkər tozu, duz və mayanı ardıcıllıla töküb, mikserlə çalırıq. Şəkər tozu əridikdən sonra un əlavə edib, xəmir yoğururuq. Xəmiri acıması üçün 1 saat isti yerdə gözlədiririk.
Xəmir hazır olduqdan sonra bərabər ölçülü kündələr tuturuq. Hər bir kündəni yayıb, üzərinə içlik çəkirik və əlimizlə forma verərək soba qabına düzürük. Qabda 5 dəqiqə gözlətdikdən sonra üzərinə yumurta sarısı çəkib, mərkəzinə çörək otu səpirik. Əvvəlcədən qızdırılmış 170 dərəcə istilikli sobada üzəri qızarana kimi bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür