resepti.local » Resept » Şəkərçörək resepti
Şəkərçörək resepti

Şəkərçörək resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şəkərçörək resepti

Tərkibi:
1 stəkan şəkər tozu
1 ədəd yumurta
qabartma tozu
vanil
un (apardığı qədər)

Hazırlanması:
Əvvəlcə şəkər tozunu kirşan halına gətirib, yağ ilə tam həll olanadək mikserlə çalırıq. Kənarda yumurta sarısını ağından ayrırıq .Ağı tam ağaranadək çalırıq. Sarısından üstü üçün götürürük (təxminən yarısını). Sonra qalan sarını yağa əlavə edib çalırıq. Yumurta ağını da qarışdırıb, çalmağa davam edirik.
Digər tərəfdə un, qabartma tozu və vanili qarışdırıb, yağa əlavə edirik. Bərk xəmir yoğururuq və kiçik yumru hissələrə ayırırıq. Ortasını azca basıb yumurta sarısı qoyuruq. Sonra 160º-də sobada altı qızaranacan bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür