resepti.local » Resept » Gül kələmi yeməyi resepti
Gül kələmi yeməyi resepti

Gül kələmi yeməyi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Gül kələmi yeməyi resepti

Tərkibi:
yarım gül kələmi
4 ədəd orta ölçülü pomidor
1 ədəd baş soğan
1 diş sarımsaq
2 x.q. tomat pastası və ya ketçup
bitki yağı
duz
1/3 ç.q. qara və qırmızı istiot
1/3 ç.q. sarıkök
1/3 ç.q. zəncəfil
1/3 ç.q. darçın
cəfəri və ya nanə

Hazırlanması:
İlk öncə soğan və sarımsağı kub-kub doğrayıb, bitki yağında azca qızardırıq. Bütün ədviyyatları və tomatı əlavə edib, üzərinə kələmi tökürük və yaxşıca qarışdırırıq. Kələm ədviyyatlarla tam qarışıb, narıncı rəng aldıqdan sonra qabığı soyulmuş və kub-kub doğranmış pomidoru da qarışımın üzərinə əlavə edirik və bişiririk. Süfrəyə verərkən üzərinə cəfəri və ya nanə tökmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür