resepti.local » Resept » İspanaq şorbası resepti
İspanaq şorbası resepti

İspanaq şorbası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

İspanaq şorbası resepti

Tərkibi:
250 qr ispanaq,
1 baş soğan (orta ölçülü),
1 su st. qaymaq (сливки- krema),
2 x.q. kərə yağı,
yarım çay st. zeytun yağı,
nanə, pulbibər,
duz, istiot,
2 x.q. (dolu) un,
1.5 litr su

Hazırlanması:
Soğanı xırda doğrayıb, yağda qovururuq. Üzərinə ispanaq əlavə edib, bişiririk. Bişdikdən sonra blenderdən keçiririk. Yağ və unu ayrıca qovurub, ispanağın üzərinə əlavə edirik. Suyun 1 litrini tökürük. Ardınca qaymaq töküb, qarışdıraraq qaynamağa qoyuruq. Ayrı bir tavada kərə yağı, nanə və pulbibəri qovurub, şorbanın üzərinə əlavə edirik və qarışdırırıq. Servis edən zaman zövqə görə qaymaq da tökmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür