resepti.local » Resept » Dadlı-ləzzətli manqal salatı resepti
Dadlı-ləzzətli manqal salatı resepti

Dadlı-ləzzətli manqal salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Dadlı-ləzzətli manqal salatı resepti

Tərkibi:
8 ədəd badımcan,
5 ədəd pomidor,
3 ədəd şirin bibər,
1 ədəd acı bibər,
5 diş sarımsaq,
1 baş soğan,
yarım dəstə cəfəri (və ya reyhan),
duz, istiot,
zeytun yağı

Hazırlanması:
Badımcan, pomidor və bibərləri sobada bişiririk. Bişdikdən sonra qabıqlarını soyub, doğrayırıq. Üzərinə zövqə görə istənilən ölçüdə doğranmış sarımsaq, soğan, acı bibər və göyərtiləri əlavə edirik. Son olaraq zeytun yağı, duz və istiot töküb, qarışdırırıq. Soyuducuda 3-4 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür