resepti.local » Resept » Çiyələkli desert resepti
Çiyələkli desert resepti

Çiyələkli desert resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Çiyələkli desert resepti

Tərkibi:
●Çiyələk təqribən (15 ədəd)
●3 x/qaşığı şəkər tozu
●2 stəkan süd
●4 x/qaşığı şəkər tozu
●2 x/qaşığı un
●vanil
●1 x/qaşığı kərə yağı.
●peçenya

Hazırlanması:
Əvvəlcə çiyələkləri 2,3 yerə bölüb 3 qaşıq şəkərlə qoyuruq az xodda bişməyə.Şəkər əriyəndən sonra,çiyələklər tam bişməmiş altını söndururuk,ərpini yığırıq və blenderden keçiririk.Sonra başqa bir qabda soyuq südə un və 4 qaşıq şəkəri əlavə edib az xodda qoyuruq bişməyə, tez tez qarışdırmaq kazımdır.Biraz qatılaşandan sonra qaynamaq istəyəndə altını söndürürük, vanil və yağı əlavə edirik qarışdırırıq. Sonra isə çiyələk sousunu əlavə işedirik içinə.Və demək olar ki desertimiz hazırdır.Peçenyaları isə blenderden keçirib xırdalayırıq.İstədiyiniz qabda istədiyuniz dizaynı verib nuş edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür