resepti.local » Resept » Salatlı, sous və pürəli toyuq resepti
Salatlı, sous və pürəli toyuq resepti

Salatlı, sous və pürəli toyuq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: Yox

Salatlı, sous və pürəli toyuq resepti

Tərkibi:
Sous üçün:
●3 x/qaşığı duru yağ
●1 x/qaşığı sumaq
●0.5 x/qaşığı zəncəfil
●1 çay qaşığı duz.
●1baş sarımsaq

Salat üçün:
●2 ədəd xiyar
●2 ədəd yerkökü
●1 ədəd orta boyda turp
●5,6 ədəd konsevr olunmuş zeytun
●göyərti(keşniş,şüyüt,göy soğan)
●mayonez
●duz

Kartov əzməsi üçün:
●3,4 ədəd orta boyda kartov
●şüyüt
●2 x/q kərə yağı
●duz

Hazırlanması:
Toyuğu doğrayıb yuxarıda sous üçün yazdıqlarımla qarışdırıb sobaya qoyuruq.200°də bişir.Toyuq bişməyində olsun biz də salatı hazırlayaq.xiyarı uzunsov formada doğrayırıq,yerkökünü və turpu sürtkəcdən keçiririk və göyərtini və zeytunu doğrayırıq,duz və mayonez vururuq.salat hazır.Qaynamış kartovu soyuruq,əzirik,yağ və duz vururuq, şüyütü xırda doğrayıb qatırıq.Budur yeməklərimiz hazır,siz də hazırlayıb nuş edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür