resepti.local » Resept » Lobyalı makaron supu resepti
Lobyalı makaron supu resepti

Lobyalı makaron supu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Lobyalı makaron supu resepti

Tərkibi:
●300 q mal əti (farş olunmuş)
●2 ədəd soğan
●2 ədəd kartov
●2 ədəd yerkökü
●təqribən 150 q qırmızı lobya
●təqribən 150 q makaron
●cəfəri,şüyüt
●duz,sarıkök (Mən uşağa da verdiyimə görə istiot vurmadım,siz vura bilərsiz)

Hazırlanması:
Əvvəlcə qazanda suyu qoyun qaynasın.Soğanın birini və şüyütü xırda doğrayıb ətə qatıb xırda küftəciklər edin.Su qaynayandan sonra küftələri suya əlavə edin.Sonra doğranmış yerkökünü,sonra kartovu.Əlavə bir qabda qaynayib bişmiş qırmızı lobyanı, sonda isə makaronu əlavə edin, digər bir soğanı isə xırda doğrayıb yağda qızardın və sarıkök əlavə edin.Hazır olmuş qarışımı Supa əlavə edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür