resepti.local » Resept » 3 ərzaqla xurma şirniyyatı resepti
3 ərzaqla xurma şirniyyatı resepti

3 ərzaqla xurma şirniyyatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

3 ərzaqla xurma şirniyyatı resepti

Tərkibi:
Xurma,
Yer fıstığı,
Kakao,

Hazırlanması:
20 ədəd xurma, iki xörək qaşığı yer fıstığı (araxis) yağı və bir yemək qaşığı kakaonu blendorda qarışdırırıq. Mən xurmaları yaxşı qarışsınlar deyə əvvəlcədən isti suya qoymuşdum, elə blendordan keçirəndə də suyundan əlavə etdim. Ən sonda isə şəkildəki qablara boşaltdım, bir qabı kokos dənəcikləri, digərini isə kakao parçacıqları ilə bəzəyib buzluğa qoydum, 3-4 saat saxladım. Çıxardıqdan sonra hər iki qabı xırda dilimlərə ayırdım, çayla 2-3ünü yemək olar. Dadı çox dadlıdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür