resepti.local » Resept » Balıq ləvəngisi resepti
Balıq ləvəngisi resepti

Balıq ləvəngisi resepti

Mətbəx: Talış mətbəxi
Porsiya: 4-6

Balıq ləvəngisi resepti

Tərkibi:
● 1 ədəd balıq
● 5 ədəd orta ölçülü soğan
● yarım stəkan qoz
● balığın içindəki kürü
● zoğal əzməsi (turşusu)
● azca cəfəri (yarım dəstə)
●duz,istiot

Hazırlanması:
İlk öncə balığı təmizləyib ,duzlayıb,istiotlayıram.İçindəki kürünü çıxarıb bir kənara qoyuram.Soğanı maşında çəkir ya da blenderdrn keçirirəm..Bir nazik dəsmal və ya bint ilə suyunu sıxıram və tavada azca qovururam (suyu tam çəkilsin deyə).Qozu da blenderden keçiriəm (sürtkəcdən də keçirə bilərsiz,və ya ət maşınında çəkə bilərsiz).Sonra soğanı,qozu,kürünü,1 və ya 1,5 x/qaşığı zoğal əzməsini,duzu,istiotu və xırda doğranmış cəfərini bir birinə qatıb yaxşıca qarışdırıram.Hazır olmuş ləvəngini balığın içinə doldurub sobaya qoyuram, təqribi 180°ə. 40-45 ə hazırdır.Bu ləvəngi toyuq ləvəngisindən biraz seçilir və daha dadlı olur (mənim fikrimcə).

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür