resepti.local » Resept » Tavada pizza resepti
Tavada pizza resepti

Tavada pizza resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tavada pizza resepti

Tərkibi:
●toyugun ağ əti
●1ədəd yaşıl bibər
●1ədəd pomidor
●yarım dəstə şüyüt
●100qram holland pendiri
●1qaşıq tomat pastası və ya ketçup

Xəmiri üçün:
●1 ədəd yumurta
●3 x/qaşığı qatıq
●2 x/qaşığı duru yağ
●1 stəkan un
●1 paket qabartma tozu
●1çimdik duz

Hazırlanması:
Əvvəlcə toyuğun ətini yüngülvari qızardıb sonra didin.( qaynada da bilərsiniz) sonra didilmiş toyuq əti, doğranmış bibərlə birlikdə tavada biraz qovurun, bir az sonra pomidor və goyərtini qatıb azca qovurun, duz istiotu unutmayın.Keçək xəmirinə.Yuxarıda yazdığım inqredientləri çıpma teli ilə qatıb ələ yapışan bir xəmir əmələ gətirin..Tavanı yağlayın, qaşığın arxasını və ya əlinizi yağa,ya da suya batırıb xəmiri tavaya yayın.Xəmirin üzərinə 1 qaşıq tomat ilə 1 qaşıq soyuq su qarışımını çəkin.Sonra hazırladığınız qarışımı uzərinə səpin, və sürtkəcdən keçirilmiş pendiri səpib tavanın qapağını örtün.Qapaq kip örtülməlidir.
☆Əgər qapaqda deşik varsa salfetka ilə bağlayın.Əvvəlcə möhkəm qazda 2dəqiqəyə yaxın bişsin,sonra isə zəif xodda pendirin əriməsini gözləyin.qapağını açmaq olmaz.Pendir əridikdən sonra hazırdır,nuş edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür