resepti.local » Resept » Mütencem resepti
Mütencem resepti

Mütencem resepti

Mətbəx: Milli mətbəx
Porsiya: 4-6

Mütencem resepti

Tərkibi:
700 qr toyuq (kənd çolpası),
1 ədəd soğan,
50 qr şabalıd,
100 ml abqora,
2 x.q. doşab,
1 ç.q. alça turşusu (əzilmiş),
50 ml bitki yağı,
duz, istitot

Hazırlanması:
Əvvəlcə toyuğu tikələrə doğrayırıq. Soğan halqavari, şabalıdı isə iki hissəyə bölməklə doğrayırıq. İsidilmiş qazana ərinmiş yağ əlavə edib, toyuq tikələrini 5 dəqiqə bişiririk. Üzərinə soğan töküb, qarışdırırıq. Arabir qarışdırmaq şərtilə 10 dəqiqə daha bişirdikdən sonra üzərinə abqora və doşab əlavə edirik. Rəng verməsi üçün alça turşusu da qata bilərsiniz. Bütün ərzaqlar əlavə olunduqdan sonra yeməyimizi 20 dəqiqə daha bişiririk. Toyuq əti bişdikdə, şabalıd isə yumşaldıqda yemək hazır hesab olunur.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür