resepti.local » Resept » Badımcanlı plov resepti
Badımcanlı plov resepti

Badımcanlı plov resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badımcanlı plov resepti

Tərkibi:
2 orta boy badımcan,
2 stəkan düyü,
30 qram kərə yağı,
Duz,
4 stəkan ət suyu,
1 stəkan bitki yağı.

Hazırlanması:
Badımcanları soyub, kiçik-kiçik doğrayın. Duzlu suda 20 dəqiqə saxlayın. Suyunu yaxşıca süzün. Bitki yağında tavada qızardın. Düyünü bol suda yuyub, süzün. Kərə yağını qazana əlavə edib, düyüləri bu yağda qovurun. Ət suyunu əlavə edin. Duz səpib, suyunu çəkənədək bişirin. 15-20 dəqiqə gözlədin. Qızardılmış badımcanları əlavə edib, qarışdırın. İsti-isti süfrəyə gətirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür