resepti.local » Resept » Ətsiz yarpaq dolması resepti
Ətsiz yarpaq dolması resepti

Ətsiz yarpaq dolması resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Ətsiz yarpaq dolması resepti

Tərkibi:
·2 ədəd orta boy soğan,
·3 ədət iri pomidor,
·0.5 kq üzüm yarpağı,
·0.5 kq düyü,
·1 dəstə şüyüd,
·Duz, istiot (zövqə görə),
·2 ədəd uzun yaşıl bibər,
·1 xörək qaşığı tomat,
·1 ədət limon,
·İstəyə görə narşərab.

Hazırlanması:
Soğanları blenderdən və ya rəndədən keçirin. Yağda bir az qovurduqdan sonra üzərinə tomat pastasını əlavə edin. Daha sonra isə üstünə, pomidor, bibər, şüyüd, duz,istiot əlavə edib, suyunu çəkənə qədər bişirin. Suyunu çəkib bişdikdən sonra dolmanı istədiyiniz formada bükün. Sonda 1 ədəd limonu qazana düzülmüş dolmaların üzərinə sıxın. Dolmaların üstünə çıxacaq şəkildə qaynar su əlavə edib, qaynamağa qoyun. Suyunu çəkdikdən sonra üzərinə biraz zeytun yağı və istəyə görə narşərab əlavə edib, vam xodda 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür