resepti.local » Resept » Ərikli xamalı tort resepti
Ərikli xamalı tort resepti

Ərikli xamalı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ərikli xamalı tort resepti

Tərkibi:
300 qram konservləşdirilmiş və ya təzə qaysı
200 qram 25%-li xama
100 qram qəhvəyi şəkər
2 yumurta
100 qram şəkər
300 qram un
1 yumurta sarısı
120 qram marqarin
1 çimdik duz

Hazırlanması:
Xəmiri hazırlamaq üçün 250 qram unu şəkər, marqarin və duzu qarışdırın.
Xəmir ovulan formada alınmalıdır.
Sonra yumurta sarısını əlavə edin və qarışdırın və 3-4 xörək q. su qatın.
Xəmirin üzərinə qida kağızı örtüb soyuducuya 30-35 dəqiqə bərkiməyə qoyun.
Xamalı kremi hazırlayın.
Bir qabda yumurtanı mikserlə yaxşı çalın, xama, qəhvəyi şəkər və 1 xörək q. un əlavə edin. Krem hazırdır.
Əgər əriklər konservləşdirilmişdirsə, onların süzgəcdən suyunu süzün.
Əgər təzə ərikdirlərsə onda qabıq və tumunu təmizləyib 4 hissəyə bölün.
Soba qabına yağlı kağız qoyun.
Xəmiri unlayaraq oxlovla qaba elə yayın ki, qabın divarlarını da tutsun.
Üzərinə ərikləri düzüb kremi əlavə edin.
Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür