resepti.local » Resept » Limon kremli mini bizelər resepti
Limon kremli mini bizelər resepti

Limon kremli mini bizelər resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Limon kremli mini bizelər resepti

Tərkibi:
Limon Kremi üçün:
113 gr kərəyağ (otaq temperaturunda yumşaq)
3 ədəd rəndələnmiş limon qabığı (ağ yerlərini istifadə etmirik)
300 gr (1,5 su stəkanı) şəkər
4 ədəd yumurta
1 çimdik duz
1/2 su stəkanı limon suyu

Mini bize üçün:
4 ədəd yumurtanın ağı (otaq temperaturunda)
1/2 yemək qaşığı krem tartar
200 gr (1 su stəkanı) şəkər tozu

Hazırlanması:
Sobanızı 150 dərəcədə isidin.
İki ədəd soba qabına yağlı kağız sərin.
Yumurta ağlarını köpük olana qədər çırpın.
Köpüklənəndə içinə krem tartarı əlavə edin.
Sonra çalaraq şəkər tozunu əlavə edin.
Qabararaq qatı hala gələndə sıxma torbasına töküb soba qabına əvvəlcə içdən çölə doğru dairəvi spiral çəkin.
Quş yuvası forması alacaq.
Sobaya qoyun.
30 dəqiqə bişdikdən sonra dərəcəni 120-ə salın və 15 dəqiqə də bişirin.
Sobanızı söndürün və qapağını biraz aralayın.
İçlərinə soyuyan limon kreminizdən əlavə edin və servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür