resepti.local » Resept » Şirin toyuq resepti
Şirin toyuq resepti

Şirin toyuq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Şirin toyuq resepti

Tərkibi:
*1kq 200 qram – toyuq əti;
*2 ovuc – kişmiş;
*10 ədəd – quru qaysı;
*10 ədəd – quru qara gavalı;
*1 ədəd – alma.

Marinadin üçün:
narşərab – 2xörək qaşıqı;
yarım limonun şirəsi;
duz – 1 çay qaşıqı;
üyüdülmüş *istiot – ¼ çayqaşıqı;
sarımsaq əzəndən keçirilmiş *sarımsaq – 2-3 diş.

Hazırlanması:
Toyuğu təmizəyib, yuyuruq. Üzərinə hazırlanmış marinadı çəkib, bir saata kənaraqoyuruq (mütləq deyil). Qurudulmuş meyvələri və almanı yuyub quruduruq. Almanı 8dilimə bölürük. Toyuğun içini qurudulmuş meyvələr və 3-4 alma dilimi ilə doldururuq.

Toyuğun dərisini qarın nahiyəsində diş çöpü ilə birləşdiririk, folqaya yerləşdirib,yanina qalan alma dilimlərini qoyuruq. Folqaya bükülmüş toyuğu dəmir tavaya yerləşdirib,200 dərəcəyə kimi qızdırılmış sobaya 1 saata bişməyə qoyuruq.
Əgər siz yeməkdə şirənin olmasını xoşlamırsınız,onda tam hazır olmasına 10-15 dəqqiqə qalmış toyuğu sobadan çıxardıb,folqanı açın. Sonra yenidən toyuğu sobaya göndərib tam qızarana kimi gözləyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür