resepti.local » Resept » Qiyməli paxla plov resepti
Qiyməli paxla plov resepti

Qiyməli paxla plov resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Qiyməli paxla plov resepti

Tərkibi:
Düyü – 500 qr.
Dana əti – 500 qr.
Paxla – 400 qr.
Soğan – 1 ədəd
Kartof – 400 qr.
Yaşıl noxud – 400 qr.
Kərə yağı – 200 qr.
Keşniş – 1 dəstə
Şüyüd – 1 dəstə
Duz, istiot

Hazırlanması:
Ət soğanla birlikdə ən maşınından keçirilir, duz, istiotlanıb yağda qovrulur. Paxla təmizlənir, xırda doğranılır və duzlu suda pörtlədilir. Kartof kub şəklində doğranılır, duz vurulurb yağda qızardılır. Göyərti xırda doğranılır. Düyü qaynadılımış duzlu suda bişirilir. Süzülür. Şüşə qabın dibi yağlanır, küncüt səpilir və üzərinə düyü yığılır. Sonra isə ardıcıllıqla paxla, düyü, qovrulmuş qiymə, düyü, kartof, göyərti, düyü, yaşıl noxud, düyü, qovrulmuş qiymə düzülür. Sonda isə plovun üzərinə əridilmiş kərə yağı gəzdirilib əvvəldən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir. Bişdikdən sonra plov şüşə qabdan servis edəcəyiniz qabın üzərinə çevrilir, üstü küncütlə bəzədilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür