resepti.local » Resept » Noxudlu, mərcili soyuq şorba resepti
Noxudlu, mərcili soyuq şorba resepti

Noxudlu, mərcili soyuq şorba resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Noxudlu, mərcili soyuq şorba resepti

Tərkibi:
Qatıq – 1 kq
Qaynadılmış noxud – 1 st.
Yaşıl mərci – 0.5 st.
Düyü – 0.5 st.
Şüyüd – 5 saplaq
Nanə - 5 saplaq
Zeytun yağı
Duz

Hazırlanması:
Mərci və düyü təmizlənib, yuyulub və qaynadılmalıdır. Sonra süzülüb soyumağa qoyulur. Qatıq yaxşıca çalınır, lazım olan şəklə gəlir. İstəsəniz yarım stəkan su qata bilərsiniz. Qatığın içinə noxudu, mərcini və düyünü əlavə edin, qarışdırın. Şüyüd və nanəni də xırda doğrayıb bu qarışıma əlavə edin. Duz və zeytun yağını da töküb qarışdırın. Servis edərkən yenə üzərinə şüyüd və zeytun yağı gəzdirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür