resepti.local » Resept » Noxudlu, zeytunlu çoban salatı resepti
Noxudlu, zeytunlu çoban salatı resepti

Noxudlu, zeytunlu çoban salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Noxudlu, zeytunlu çoban salatı resepti

Tərkibi:
Qaynadılmış noxud – 300 qr.
Orta ölçülü xiyar – 2 ədəd
Pomidor – 2 ədəd
Cəfəri – 1 ovuc xırda doğranmış
Zeytun – 8 ədəd
Zeytun yağı
Limon
Bal

Hazırlanması:
Pomidorları kub şəklində doğrayın, sulu hissəsini isə çıxardın. Xiyarları uzunsov iki hissəyə ayırın, su buraxmasın deyə içərisini qaşıqla çıxardın və doğrayın. Zeytunları da iki yerə bölün. Bütün ərzaqları noxud və cəfərilə qarışdırın. Sous üçün: Limonun qabığını sürtgəcdən keçirin və yarım limonun suyunu sıxın. 4 x.q. zeytun yağı və 1 x.q. bal ilə bunları qarışdırın, salatın üzərinə əlavə edin və yaxşıca qarışdırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür