resepti.local » Resept » Noxudlu bulqur şorbası resepti
Noxudlu bulqur şorbası resepti

Noxudlu bulqur şorbası resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 2-4

Noxudlu bulqur şorbası resepti

Tərkibi:
Zeytun yağı – 3 x.q.
Su – 5 st.
Bulqur – 2 ovuc
Bişmiş noxud – 1 st.
Cəfəri – 10 saplaq
Keşniş – 10 saplaq
Sürtgəcdən keçirilmiş pomidor – 1 ədəd
Tomat – 1 x.q.
Bibər pastası – 1 x.q.
Duz, istiot

Hazırlanması:
Zeytun yağını isidin, sonra pastaları əlavə edib qovurun, sürtgəcdən keçirilmiş pomidoru da əlavə edib qovurun. Suyu tökün qoyun qaynasın. Su qaynadıqdan sonra təmizlənib yuyulmuş bulquru və noxudu tökün, duz, istiot səpin, az odda qoyun bişsin. Şorba bişdikdən sonra kənara alın, xırda doğranmış göyərtliləri də əlavə edin. Servis etdikdə istəsəniz limon da qoyun.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür