resepti.local » Resept » Tərəvəzli balıq resepti
Tərəvəzli balıq resepti

Tərəvəzli balıq resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Tərəvəzli balıq resepti

Tərkibi:
Kərə yağı – 1 x.q.
Ağ ətli balıq – 4 ədəd
Çörək – 2 dilim
Sürtgəcdən keçirilmiş holland pendiri – 50 qr.
Xardal – 1 x.q.
Kök – 2 ədəd
Kartof – 4 ədəd
Bibər – 1 ədəd
Duz, istiot

Hazırlanması:
Balıqları təmizləyib yuyun. Suyunu süzüb üzərlərinə duz, istiot səpin. 5-10 dəqiqə marina edin. Balıqların hər iki tərəflərinə kərə yağı çəkib alimunium kağıza bükün. Orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Çörəyin içini ovub alimunium folyaya səpin, sobada qızardın. Sobadan götürün çörəkləri pendir və xardalla qarışdırın. Balıqları soba qabına düzün, hazır olan çörəkli qarışımı balıqların üzərinə yayın. Yenə orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Kök və kartofları təmizləyin, kök və bibəri uzun, kartofu isə iki yerə bölərək doğrayın. Hamısını duzlu suda 10 dəqiqə bişirin. Balıqları sobdan çıxarıb servis qabına qoyun, tərəvəzlərlə birlikdə servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür