resepti.local » Resept » Çiyələk limonadı resepti
Çiyələk limonadı resepti

Çiyələk limonadı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Çiyələk limonadı resepti

Tərkibi:
12 stəkan şəkər tozu
450 qr çiyələk (soyulmuş)
34 stəkan limon suyu
4 stəkan qazlı su

Hazırlanması:
Sadə şərbət hazırlamaq üçün orta boy qazana şəkər tozu və 12 stəkan suyu əlavə edirik. Şəkər tozu əriyənə qədər 2-3 dəqiqə qaynadırıq. Hazır olandan sonra soyuması üçün kənara qoyuruq.

Meyvə suyu çəkən maşına (blenderə) çiyələyi əlavə edirik, 1-2 dəqiqə çiyələk püre halına gələnə qədər çəkirik, daha sonra tənzifdən süzürük.

Dolçaya(sürahiyə) çiyələk püresini, limon suyunu və şərbəti əlavə edirik. Daha sonra soyusun deyə soyuducuya qoyuruq.

Süfrəyə verərkən qazlı su və buz əlavə edirik.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür